Göygöldə baş verən qəzada xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 1965-ci il təvəllüdlü Q. Həsənov, 1968-ci il təvəllüdlü G. Həsənova, 1970-ci il təvəllüdlü İ. Əliyeva və 1973-cü il təvəllüdlü Y. Məmmədovadır.
Xəsarət alanlardan Q. Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
21:21
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 60 yaşlı R. Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.