Malayziya polisi gecə klubundakı partlayışın terror aktı olduğunu bildirib

Malayziya polisi gecə klubundakı partlayışın terror aktı olduğunu bildirib
# 05 iyul 2016 01:47 (UTC +04:00)

Bakı-APA. Malayziya polisi iyunun 28-də Kuala-Lumpurda baş verən partlayışın terror aktı olduğunu bildirib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Malayziya polisinin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, gecə klubunda törədilən partlayışın sifarişçisi və təşkilatçısı Suriyada İŞİD sıralarında döyüşən malayziyalı Məhəmməd Vandi olub.

Malayziyanın paytaxtında gecə klubunda baş verən partlayış nəticəsində 8 nəfər yaralanıb. İnsidentlə əlaqədar 15 nəfər, o cümlədən terror aktının törədilməsində bilavasitə iştirak edən 2 nəfər həbs edilib.

Qeyd olunur ki, bu, İŞİD-in Malayziya ərazisində törətdiyi ilk terror aktıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR