Bakıda “Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclası keçirilir

Bakıda “Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclası keçirilir
# 02 iyun 2016 10:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, Qabaqcıl İdarəçilik və Sabitlik” üzrə 1-ci Platformasının “Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclası keçirilir.

APA-nın xəbərinə görə, iclas Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə panelin fəaliyyət istiqamətləri üzrə Şərq Tərəfdaşlığı ölkələrində görülmüş tədbirlər nəzərdən keçirilib. Dövlət idarəetməsi, dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət və məlumatların mühafizəsi, dövlət qulluğu, yerli və regional idarəçilik kimi məsələlər müzakirə edilib.

İclasda “Dövlət idarəetməsi sahəsində islahatlar və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi” mövzusunda keçiriləcək sessiyada “ASAN xidmət”in fəaliyyətinə dair təqdimatı və tədbir iştirakçılarının “ASAN xidmət” mərkəzinə səfərinin təşkil edilməsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xarici İşlər Nazirliyi və bir çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR