Prezident İlham Əliyev Göyçay rayonuna səfər edib - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev Göyçay rayonuna səfər edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 06 oktyabr 2015 17:57 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib.

Sonra dövlət başçısı Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Prezident Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Daha sonra Azərbaycan prezidenti Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış olub.

**** 16.42

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyevin Ucar rayonuna səfəri başa çatıb.

APA-nın məlumatına görə, dövlət başçısı Ucardan sonra Göyçay rayonuna səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR