Azərbaycan Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək

Azərbaycan Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək
# 07 oktyabr 2014 16:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan növbəti dəfə Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival oktyabrın 19-dan 30-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında və Bakı Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Terens Blançard, Stenli Klark, Kreyq Taborn, Anat Kohen, Mişel Kamilo, Trilok Qurtu, Terri Lyne Kerrinqton və başqalarının çıxışları gözlənilir.

Azərbaycanın tanınmış caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, “Rast” və “Cəngi” qrupları ilə yanaşı, istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Bakı Beynəlxalq Caz Festivalı – 2014 çərçivəsində Heydər Əliyev Sarayında oktyabrın 21-də “Rast” qrupunun 20 illik yubileyi qeyd olunacaq. Oktyabrın 22-də isə dünya şöhrətli T. Blançardın kvintetinin konserti keçiriləcək. Caz ifaçısını konsertdə dirijor, Azərbaycanın xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri müşayiət edəcək.

Heydər Əliyev Sarayının növbəti qonağı oktyabrın 28-də cazmen və bəstəkar S. Klarkın qrupu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR