Xaricdəki konsullar 15 yaşına çatmamış Azərbaycan vətəndaşlarına şəxsiyyəti təsdiq edən sənəd verə biləcəklər

Xaricdəki konsullar 15 yaşına çatmamış Azərbaycan vətəndaşlarına şəxsiyyəti təsdiq edən sənəd verə biləcəklər
# 30 sentyabr 2015 10:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın xaricdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri artırılır.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nin 38-ci maddəsinə əlavə müzakirəyə çıxarılıb.

Layihəyə əsasən maddədə “Konsul Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək hüququna malikdir” cümləsinin ardınca konsulun səlahiyyətlərinə “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək” bəndi də əlavə edilir.


Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR