Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri "Heydər" Məscidində olub

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri "Heydər" Məscidində olub
# 18 sentyabr 2015 17:54 (UTC +04:00)

APA-nın məlumatına görə, Məsciddə səfiri Kompleks İdarəsinin sədri Sabir Həsənli qarşılayaraq, onu Kompleks ilə tanış edib, məscidin tikintisi ilə bağlı ətraflı məlumat verib.

Müsaid bin İbrahim əs-Süleym Qafqazın ən böyük məscidi olan "Heydər" Məscidini qədim Azərbaycan arxitekturası üslubunda tikilmiş həqiqi memarlıq incisi olduğunu qeyd edərək, öz heyranlığını bildirib. Daha sonra "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri ilə Səudiyyə Ərəbistanı səfiri arasında iki ölkə arasında dini sahədə əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb.

Səfir bildirib ki, Səudiyyə Ərəbistanı dünyanın hər yerində böyük məscidlərə qulluq sahəsində zəngin təcrübəyə malikdir. Bu səbəbdən ölkəsi Məscidin istənilən tələbatını və ya müraciətini təmin etməyə həmişə hazırdır. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR