“Zaminbank“ nizamnamə kapitalını artırıb

“Zaminbank“ nizamnamə kapitalını artırıb
# 29 sentyabr 2014 12:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Zaminbank“ ASC-nin məcmu kapitalı 68 mln. manata çatıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəlindən bankın məcmu kapitalı 36% artıb.

Qeyd edək ki, 1 yanvar 2014-cü il tarixinə “Zaminbank”ın məcmu kapitalı 50 292 909 manat təşkil edib.

Bankdan o da bildirilib ki, “Zaminbank”ın nizamnamə kapitalı bu ilin yanvarın 1-də qeydə alınmış 47 181 800 manatdan sentyabrın 1-dən 3 mln. manat, sentyabrın 18-dən 2 mln. manat dəyərində yeni səhm yerləşdirilməsi hesabına ilin əvvəli ilə müqayisədə 10,6% artırılaraq 52 181 800 manatadək çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR