Parisdə girovların azad edilməsi üçün keçirilən əməliyyatda 10 nəfər ölüb

Parisdə girovların azad edilməsi üçün keçirilən əməliyyatda 10 nəfər ölüb
# 14 noyabr 2015 01:10 (UTC +04:00)

Bakı-APA. Parisin “Bataklan” teatrında girovların azad edilməsi üçün keçirilən əməliyyatda 10 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılar 2 terrorçunu məhv edib.

Polis Fransanın paytaxtında törədilən terror aktlarında 45 nəfərin öldüyünü təsdiqləyib. Onlarla insanın yaralandığı bildirilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları jurnalistlərə hadisə yerindən çəkilişlər aparmağı qadağan edib.

Son məlumatlara görə, terror aktları ümumilikdə Parisin 6-7 bölgəsində törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR