Bakıda özünə xəsarət yetirən 38 yaşlı qadın ölüb - VİDEO

Bakıda özünə xəsarət yetirən 38 yaşlı qadın ölüb - <span style="color: red;">VİDEO
# 30 iyul 2015 00:06 (UTC +04:00)

Xəstəxanadan APA-ya verilən məlumata görə, həkimlər ona döş qəfəsinin sol yarısının kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar. Ağır vəziyyətdə əməliyyata götürülən xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlum olub ki, ölən qadın 38 yaşlı Alidə Nəriman qızı Abdullayevadır. Araşdırmalar zamanı müəyyən edilib ki, Alidə Abdullayeva Səbail rayonu Bayıl qəsəbəsində yaşadığı evdə özünə xəsarət yetirib.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Alidə Abdullayevə psixi xəstəlikdən əziyyət çəkib.

Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR