Gədəbəydə "Son zəng" şənliyində kütləvi dava olub, bıçaqlananlar var

Gədəbəydə "Son zəng" şənliyində kütləvi dava olub, bıçaqlananlar var
# 15 iyun 2016 09:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gədəbəydə "Son zəng" tədbirində insident olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiye və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbio Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Taöıyev və başqa bir nəfər saxlanılıb.

Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR