Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsi davam etdirilib - YENİLƏNİB-1

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsi davam etdirilib - <span style="color: red;">YENİLƏNİB-1
# 02 iyun 2016 14:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

APA-nın xəbərinə görə, fasilədən sonra R. Məmmədov sualları cavablandırıb. Bildirib ki, idarənin strukturu Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşdirilib. O, işçilərin kart vasitəsilə maaş aldıqlarını deyib. R. Məmmədov qeyd edib ki, həyat yoldaşının xalası Xuraman Qasımova onların idarəsində baş mühasib, həyat yoldaşı isə idarənin kommunal xidmətlər şöbəsində çalışıb, həyat yoldaşı iki dəfə analıq məzuniyyətinə çıxıb.

Onun sözlərinə görə, qayını Azər Əsgərov beynəlxalq şöbədə çalışıb: "Onun işi xarici qonaqları qəbul etmək, bayrağı təbliğ etmək və ərazidə aparılan işlərə nəzarət etməkdən ibarət idi. Onların maaşları ştat cədvəlinə əsasən maliyyə idarəsi tərəfindən hesablanırdı. İsfəndiyar İsfəndiyarovu və Arzu Məmmədovu 2013-cü ildə tanımışam. Qaynım Azər Əsgərov demişdi ki, bizim binanın altında üç obyekt satılır. Mən də həmin obyektləri almaq üçün İsfəndiyara 6 milyon vermişəm”.

Daha sonra prosesdə İsfəndiyar İsfəndiyarov ifadə verib. Təqsirləndirilən şəxs bildirib ki, Zabil Salmanova məxsus obyekti almaq üçün vasitəçilik edib.

Məhkəmə prosesi iyunun 7-də davam edəcək

***

13.08

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən A. Məmmədov özünü təqsirli bildiyini, digərləri isə özünü təqsirli bilmədiklərini deyiblər.

Daha sonra prosesdə Rəşad Məmmədov ifadə verib. Bildirib ki, 2011-ci ildə prezident tərəfindən Bayraq Meydanı Kompleksi İdarəsinə sədr təyin edilib: “Bizim işimiz bayrağın təbliği və meydan ətrafında abadlıq işlərinin həyata keçirilməsindən ibarət idi. Mən vəzifəyə gələndə kifayət qədər maliyyəm var idi. Mənim heç nəyə ehtiyacım yox idi. İşçilərimlə bir ailə kimi olmuşam. Onlara bonus da, mükafat da vermişəm. Zabil Salmanovu İsfəndiyarın vasitəsi ilə tanımışam. Mən onun əmlakını ailəm üçün almışam. Orda haramçılığa yol verə bilməzdim. Sonradan Zabil bizi məhkəməyə verdi və kompensasiya tələb etdi. Həmin kompensasiyanı ödəməyi də İsfəndiyar boynuna götürdü”.

R. Məmmədov ittihamları qəbul etmədiyini deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək.

***

12.38

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən A. Məmmədov özünü təqsirli bildiyini, digərləri isə özlərini təqsirli bilmədiklərini deyiblər.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR