Vətəndaşların şikayət və ərizələrinə baxılmasında qayda pozuntusuna görə cəzalar müəyyənləşdirilib

Vətəndaşların şikayət və ərizələrinə baxılmasında qayda pozuntusuna görə cəzalar müəyyənləşdirilib
# 14 iyun 2016 12:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda vətəndaşların müraciətlərinə (ərizə, şikayət və təklif) baxılması qaydasında pozuntular məsuliyyət yaradacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 594-1-ci maddəyə əsasən, vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərə göndərilməsinə, eləcə də dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimələnir.

Vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərinə uyğun olaraq, nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR