“Expressbank” 18-ci filialını açıb

“Expressbank” 18-ci filialını açıb
# 22 may 2015 07:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” Bərdə şəhərində sayca 18-ci olan yeni filialın rəsmi açılış tədbirini keçirib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, yeni filial Bərdə şəhərində Heydər Əliyev prospekti 88A ünvanında yerləşir və müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri imkanlara malikdir.

Bankın filialında keçirilən tədbirdə “Expressbank”ın fəaliyyəti, nailiyyətləri, eləcə də Bərdə filialı və filialın göstərdiyi xidmətlər barədə iştirakçılara məlumat verilib, müxtəlif kredit məhsulları və sair xidmətlər üzrə maarifləndirici materiallar paylanılıb və suallar cavablandırılıb.

“Bu gün Expressbank sayca 6-cı regional filialını müştərilərin istifadəsinə verir. Bankın Bərdə filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir. Yaxın gələcəkdə bir sıra digər şəhərlərdə də filiallarımız açılacağı planlaşdırılır”, - deyə “Expressbank”ın İdarə Heyətinin sədr müavini Əli İmanov bildirib.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR