Azərbaycanda yağmursuz və mülayim hava şəraiti çaylarda suyun səviyyəsinin azalmasına səbəb olub

Azərbaycanda yağmursuz və mülayim hava şəraiti çaylarda suyun səviyyəsinin azalmasına səbəb olub
# 26 may 2015 09:05 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya deyib ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma davam etməkdədir. Onun sözlərinə görə, bu gün suyun səviyyəsində 5 sm azalma müşahidə edilib.

Qanıq çayında suyun səviyyəsinin 3 sm azaldığını deyən A.Verdiyev qeyd edib ki, bu da son günlər havanın yağmursuz keçməsi ilə əlaqədardır. O əlavə edib ki, qonşu Gürcüstan ərazisində də hava şəraitinin yağmursuz keçməsi ilə əlaqədar Kür və Qanıq çayının həmin ərazidə olan hissələrində də azalma müşahidə edilməkdədir: “Ümumilikdə isə hazırda respublikanın daxili çaylarında ümumi səviyyələrdə elə bir dəyişiklik müşahidə olunmur. Ümumi səviyyə sabitdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR