Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 172 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 3% azalma deməkdir.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 14 734,9 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,5% azalma).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 11 441,5 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-iyul göstəricisindən 8,7% azdır.
Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külər stansiyaları 606 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 22 dəfə artım deməkdir.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
|
Məhsul növləri |
2026-cı ilin yanvar-iyul aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Elektrik enerjisi, mln. kVt.s |
15 172 |
97 |
|
ondan əmtəəlik |
14 734,9 |
97,5 |
|
istilik elektrik stansiyalarının istehsalı |
11 441,5 |
91,3 |
|
su elektrik stansiyalarının istehsalı |
2195,7 |
105,6 |
|
külək elektrik stansiyalarının istehsalı |
606,0 |
22 d. |
|
günəş elektrik stansiyalarının istehsalı |
350,7 |
105 |
|
biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların elektriki |
141 |
106,7 |