Gəncədə 76 yaşlı qadın özünü çaya atıb

Gəncədə 76 yaşlı qadın özünü çaya atıb
# 09 iyun 2016 11:16 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə intihar hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Gəncəçayın Gəncə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Şəhər sakini, 1940-cı il təvəllüdlü Təzəgül Xəlilova özünü çaya atıb. Qadın boğularaq ölüb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.


Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR