Qəbələdə sexdə yanğın olub

Qəbələdə sexdə yanğın olub
# 29 iyun 2015 00:03 (UTC +04:00)

Bakı-APA. Qəbələdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonu, Tüntül kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan sexin yanar konstruksiyaları 80 kv.m sahədə, içərisində olan dəzgah və 5 kub taxta materiallar yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR