“Əl Qaidə” Suriyada hava zərbələrində iştirak edən ölkələrdən qisas alacağını vəd edib

“Əl Qaidə” Suriyada hava zərbələrində iştirak edən ölkələrdən qisas alacağını vəd edib
# 28 sentyabr 2014 01:41 (UTC +04:00)

Bakı-APA. “Əl Qaidə” beynəlxalq terror təşkilatının qolu olan “Əl Nüsrə Cəbhəsi” qruplaşması “İslam Dövləti” qruplaşmasının Suriyadakı mövqelərinə zərbələrin endirilməsini İslama qarşı müharibə adlandırıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, terrorçular, həmçinin, bu zərbələrdə iştirak edən ölkələrə hücum edəcəklərini vəd ediblər.

“Dəhşətli əmələ yol vermiş bu ölkələr özlərini bütün dünyadakı cihadçıların hədəfinə çeviriblər”, deyə qruplaşmanın lideri videomüraciətində bildirib.

Qeyd edək ki, bundan əvvəl Yəməndə naməlum şəxs qumbaraatandan ABŞ səfirliyini atəşə tutub. Hücum nəticəsində 2 mühafizəçi yaralanıb. Cinayətkar hadisə yerindən qaçıb.

Hücuma görə məsuliyyəti öz üzərinə “Əl Qaidə” terror təşkilatı götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR