Bakı. Vüsal Nəbiyev – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab edilən kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kq kartof məhsulu aşkar edilib.
Bu barədə “APA-Economics”ə nazirlikdən məlumat verilib.
Kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tədbirləri sisteminə riayət etməklə məhv edilib.