Son bir ildə dünya bazarında neft 12-14% ucuzlaşıb

Son bir ildə dünya bazarında neft 12-14% ucuzlaşıb
# 02 aprel 2013 13:39 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin mart ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 108,37 ABŞ dolları, «Urals» nefti - 107 dollar, «BTC FOB Ceyhan» tipli xam neft isə 111,34 dollara satılıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti məlumat yayıb.

Ötən ilin mart ayı ilə müqayisədə «Brent» tipli xam neft 13,5%, «Urals» nefti 12,6%, «BTC FOB Ceyhan» tipli xam neft isə 12,1% ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR