London yaxınlığında güclü yanğın baş verib

London yaxınlığında güclü yanğın baş verib
# 04 noyabr 2015 02:18 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın paytaxtı London yaxınlığındakı Braknel şəhərində güclü yanğın baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident ofis və anbarların yerləşdiyi ərazidə qeydə alınıb.

İlkin məlumata görə, yanğın təmirdə olan binada başlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər və tibbi briqadalar işləyir. Ərazidə partlayış səsləri eşidilməkdədir. Hadisə ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR