İsrailli general: «İran nüvə silahının istehsalı ilə bağlı hələ yekun qərar qəbul etməyib»

 İsrailli general: «İran nüvə silahının istehsalı ilə bağlı hələ yekun qərar qəbul etməyib»
# 16 mart 2013 15:52 (UTC +04:00)

O bildirib ki, İran daxili və xarici təzyiqlərə qarşı ağıllı davranır: «Bu səbəbdən də sanksiyalar Tehranın nüvə siyasətini dəyişdirə bilməyib. İranlılar İsrailin hücum etmək ehtimalının çox az olduğunu düşünürlər. Sanksiyalar hələ də İran iqtisadiyyatına təsir göstərməkdədir. Lakin ölkə siyasətini dəyişdirəcək qədər təsirli deyil. Biz İranın nüvə proqramını davam etdirdiyinə inanırıq. Tehran lazım olanda istifadə edə bilməsi üçün atom bombası istehsal etmək gücünə malik olmaq istəyir. Lakin kəşfiyyat informasiyalarına görə, hələlik bu barədə bir qərar qəbul edilməyib».

A.Koçavi əlavə edib ki, İsrail dörd bir yandan təhdid altındadır: «Hazırda 200 min raket İsrailə doğru yönəldilib. Ölkəmizin daxili təhlükəsizliyi pozulub və xaricdən hücum ehtimalı artıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR