“Boeing”də ölən sərnişinlərin meyitlərinin olduğu qatar Torez şəhərindən İlovayska yola düşüb

“Boeing”də ölən sərnişinlərin meyitlərinin olduğu qatar Torez şəhərindən İlovayska yola düşüb
# 21 iyul 2014 20:19 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qatarın keşiyini çəkən separatçılar bildirib.

Məlumata görə, ölən sərnişinlərə məxsus şəxsi əşyalar vağzalın perronunda qalıb. Separatçıların sözlərinə görə, onlar qatarın yola düşməsi ilə bağlı əmrin kim tərəfindən verilməsindən məlumatsızdırlar.

Xəbərdə Malayziya hökumətinin nümayəndə heyətinin Donetskdə qatarı gözlədiyi bildirilir. Qeyd olunur ki, onlar qatarı əvvəlcə Ukrayna hökumətinin nəzarəti altında olan əraziyə müşayiət edəcəklər, sonra isə meyitləri Amsterdama yola salacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR