Gəncədə avtomobil qadını vurub

Gəncədə avtomobil qadını vurub
# 01 iyun 2016 16:26 (UTC +04:00)

Gəncə. Azər Məmmdli - APA. Gəncə şəhərində yolu keçmək istəyən qadını avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxışında, “Əlillərin dairəsi” adlanan ərazidə qeydə alınıb.

Goranboy rayon sakini, 1992-ci il təvəllüdlü Altun Yusifli idarəe etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən şəhər sakini, 1978-ci il təvəllüdlü Arzu Zalovanı vurub. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR