Azərbaycan prezidenti Meksikanın yeni səfirinin etimadnaməsini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Meksikanın yeni səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">VİDEO
# 04 iyun 2015 09:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Meksikanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, X. Flores fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Görüşdə Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR