Həmsədr: "Qaçqın problemi nəzərə alınmadan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq mümkün deyil”

Həmsədr: "Qaçqın problemi nəzərə alınmadan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq mümkün deyil”
# 26 oktyabr 2015 09:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Qaçqın problemi nəzərə alınmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərtərəfli həllə nail olmaq mümkün deyil”.

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu məsələ hər dəfə açıq şəkildə müzakirə edilməsə də, bütün görüşlərdə ona lazımi diqqət ayrılır: “Regionda yüz minlərlə qaçqın var. Onları dinləmək lazımdır. Qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmaq imkanı verilməlidir”.

C. Uorlik Azərbaycana səfər zamanı Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcəklərini açıqlayıb. Amerikalı həmsədr münaqişə tərəflərini təxribatlardan çəkinməyə çağırıb və tərəflərin ağır silahlardan, artilleriya və raket qurğularından istifadə etmələrindən narahatlığını bildirib: “Bu, gərginliyin artmasına, dinc əhalinin ölümünə səbəb olur. Tərəflər ağır texnikadan istifadə etməmək öhdəliyini üzərlərinə götürməlidirlər. Düşünmürəm ki, tərəflərdən hansısa münaqişənin genişlənməsini istəsin”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR