AXCP funksioneri: “Əbülfəz Qurbanlı partiyadakı avtoritar idarəetməyə görə istefa verdi”

AXCP funksioneri: “Əbülfəz Qurbanlı partiyadakı avtoritar idarəetməyə görə istefa verdi”
# 22 sentyabr 2015 12:37 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, partiya sədrliyinə namizəd Sahib Kərimli deyib.

O, partiyada kifayət qədər tərəfdarının olduğunu açıqlayıb: “Amma hələlik onların proseslərə açıq münasibət bildirməsinin tərəfdarı deyiləm. Mən maarifləndirməklə məşğulam, kursumu dəyişməyəcəyəm və heç bir hal məni yolumdan döndərə bilməz. Öz məsuliyyətimi yaxşı dərk edirəm”.

O, AXCP sədrinin müavini Əbülfəz Qurbanlının istefa səbəbini də açıqlayıb: “Əbülfəz Qurbanlı konkret olaraq partiyadakı avtoritar idarəetməyə görə istefa verdi. Buna partiya rəhbərliyinə daxil olan bir neçə şəxsin yarıtmaz yanaşmaları səbəb oldu. Bu şəxslərin adlarını gələcəkdə açıqlayacağam”.

Xatırladaq ki, AXCP-nin qurultayın sentyabrın 27-də keçiriləcək. S. Kərimli qurultayda AXCP sədrliyinə namizəd olacağını bildirb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR