Britaniya xarici işlər naziri: “İrana qarşı sanksiyalar 2016-cı ilin yazında götürülə bilər”

Britaniya xarici işlər naziri: “İrana qarşı sanksiyalar 2016-cı ilin yazında götürülə bilər”
# 24 avqust 2015 15:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Beynəlxalq ictimaiyyət İrana qarşı sanksiyaların aradan qaldırılmasını 2016-cı ilin yazında nəzərdən keçirə bilər.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Filip Hammond bildirib.

F. Hammond deyib ki, İran iqtisadiyyatına xarici investisiyaların yatırılması ilə bağlı ilkin müzakirələr sanksiyaların ləğvinə qədər başlaya bilər.

Suriya məsələsinə də toxunan britaniyalı nazir qeyd edib ki, bu məsələ və Bəşər Əsədin gələcəyi barədə müzakirələr İran və Rusiyanın iştirakı ilə aparılmalıdır. Onun sözlərinə görə, Suriyanın gələcəyi Əsədlə bağlı ola bilməz. Nazirin fikrincə, bu məsələdə Tehran və Moskva ilə dialoq davam etdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR