Salyanda mikroavtobusla BMW toqquşub, bir nəfər ölüb, beş nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Salyanda mikroavtobusla BMW toqquşub, bir nəfər ölüb, beş nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 13 iyul 2014 11:10 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 84-cü kilometrliyində Salyanın Şorsulu kəndi ərazisində qeydə alınıb.

Salyan rayonunun Yolüstü kənd sakini, 49 yaşlı Rahil Qədir oğlu Ağarzayev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan BMW markalı minik maşını ilə qarşı qarşıya toqquşub.

Nəticədə hər iki avtomobil ciddi zədələnərək yararsız hala düşüb.

Hadisə zamanı mikroavtobusun sürücüsü Rahil və sürücünün avtomobildə olan qardaşları Ramil, Cəlal Ağarzayevlər, onların yaxın qohumları Rəşad Qara oğlu Ağarzayev, Zahir Əliqulu oğlu Ağarzayev və BMW-nin sürücüsü, Lənkəran sakini, 30 yaşlı Səid Payaz oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar hadisə yerinə gələn təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, Ramil Ağarzayevi xilas etmək mümkün olmayıb.

O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



***

Saat 11:50



Bakı – APA. Ələt-Astara yolunda yol qəzası baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Ələt-Astara yolunun 84-cü km-də - Salyan rayonu ərazisində “Ford” markalı mikroavtobusla BMW markalı minik avtomobili toqquşub.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, BMW markalı minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR