Əbülfəs Qarayev bölgələrin mədəniyyət şöbələrinin rəhbərlərinə xəbərdarlıq edib

Əbülfəs Qarayev bölgələrin mədəniyyət şöbələrinin rəhbərlərinə xəbərdarlıq edib
# 15 mart 2013 11:08 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. “Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları” mövzusunda ümumrespublika müşavirəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bölgələrin mədəniyyət şöbələrinin rəhbərlərinə xəbərdarlıq edib.

APA-nın məlumatına görə nazir bildirib ki, regionlarda çalışan mədəniyyət işçiləri üzərlərinə düşən bəzi vəzifələri icra etmirlər: “Hər bir regionda baş verən bütün işlərə görə məsuliyyəti mədəniyyət şöbələrinin müdirləri daşıyır. Birdə bu hallar təkrar olunsa, vəzifəsindən və kimliyindən asılı olmayaraq, heç kimə güzəşt olunmayacaq və həmin şəxs dərhal tutduğu vəzifədən azad ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR