“Elektron hökumət” portalı üzərindən təqdim olunan xidmətlərin sayı 387-yə çatıb

“Elektron hökumət” portalı üzərindən təqdim olunan xidmətlərin sayı 387-yə çatıb
# 16 dekabr 2014 15:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ildə dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərinin sayı artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu il ərzində dövlət qurumlarının həm öz internet səhifələrində, həm də “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərin sayı xeyli artıb.

Hazırda “Elektron hökumət” portalı üzərindən xidmət təqdim edən qurumların sayı 48-ə, elektron xidmətlərin sayı isə 387-yə çatıb. Portaldakı xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsinin nəticəsi olaraq istifadəçi sayı 1 067 420 nəfər təşkil edir.

Həmçinin, bu il elektron sənəd dövriyyəsinin tətbiqi istiqamətində real addımlar atılıb. Görülən tədbirlər nəticəsində “e-imza”ya da maraq artıb və hazırda e-imza sertifikatlarından faydalananların sayı 27 536 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR