BDU dünya universitetlərinin reytinq siyahısında yer tutub

BDU dünya universitetlərinin reytinq siyahısında yer tutub
# 21 iyun 2016 11:31 (UTC +04:00)

Bakı - APA. Bakı Dövlət Universiteti (BDU) dünya universitetlərinin reytinqini müəyyənləşdirən təşkilatların siyahısında yer tutub.

BDU-dan APA-ya verilən məlumata görə, “QS World University Rankings 2015/2016” reytinqində 701+ yerdə qərarlaşan universitet, “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində 88-ci olub.

“QS World University Rankings 2015/2016” reytinqinin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.

İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetlərinin reytinqini müəyyənləşdirən “QS Quacquarelli Symonds LTD” təşkilatı isə sorğunu regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparıb və qeyd etdiyimiz kimi Bakı Dövlət Universiteti reytinqdə 88-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Bakı Dövlət Universiteti artıq bir neçə ildir, bu təşkilatların reytinq siyahısında yer tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR