Binyamin Netanyahu sinaqoqa hücum edənlərin evlərinin uçurdulmasına dair göstəriş verib

Binyamin Netanyahu sinaqoqa hücum edənlərin evlərinin uçurdulmasına dair göstəriş verib
# 18 noyabr 2014 23:31 (UTC +04:00)

Bakı-APA. İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdə sinaqoqa silahlı hücum edən şəxslərin evlərinin uçurdulmasına dair göstəriş verib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq qərar təhlükəsizlik məsələləri ilə bağlı keçirilmiş operativ müşavirədə qəbul olunub.

Binyamin Netanyahu, həmçinin, son bir neçə həftə ərzində terror aktları törətmiş terrorçuların da evlərinin uçurdulmasının sürətləndirilməsinə dair tapşırıq verib.

Qeyd edək ki, balta və bıçaqla silahlanmış iki naməlum şəxsin sinaqoqa hücumu nəticəsində terrorçular da daxil olmaqla 5 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR