Azərbaycanlı sahibkarlar Moskvada keçiriləcək “Halal Expo-2015” sərgisində iştirak edəcək

Azərbaycanlı sahibkarlar Moskvada keçiriləcək “Halal Expo-2015” sərgisində iştirak edəcək
# 06 mart 2015 07:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiyada “Moskva Halal Expo-2015” beynəlxalq sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, mayın 21-23-də Rusiyanın Moskva şəhərində “Krokus-Ekspo” beynəlxalq sərgi mərkəzində 6-cı “Moskva Halal Expo 2015” adlı beynəlxalq sərgisi baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgi ilə maraqlanan azərbaycanlı sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR