Angela Merkel: “PKK-nın terror təşkilatı olması məsələsində tərəddüd yoxdur”

Angela Merkel: “PKK-nın terror təşkilatı olması məsələsində tərəddüd yoxdur”
# 09 sentyabr 2015 13:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Almaniya kansleri Angela Merkel PKK-nın terror təşkilatı olduğu və bu məsələdə birgə mübarizə ilə bağlı heç bir tərəddüd olmadığını bildirib.


APA-nın Milliyet”ə istinadən yaydığı xəbərə görə, A. Merkel bunu türkiyəli həmkarı Əhməd Davudoğluna Dağlıcada baş verən terrorla bağlı başsağlığı verərkən deyib.

A. Merkelin miqrant probleminə də toxunub. Ə. Davudoğlu Türkiyənin 2 milyon qaçqına ev sahibliyi etdiyini, qeyri-qanuni yollarla başqa ölkələrə keçmək istəyən qaçqınların qarşısının alındığını bildirib. Onun sözlərinə görə, Suriya rejimindən və “İŞİD” hücumlarından qaçan miqrantlarla bağlı məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi labüddür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR