Azərbaycanda ilk dəfə olaraq anadangəlmə ürək qüsurunun invaziv yolla müalicəsi həyata keçirilib

Azərbaycanda ilk dəfə olaraq anadangəlmə ürək qüsurunun invaziv yolla müalicəsi həyata keçirilib
# 14 fevral 2013 13:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda ilk dəfə olaraq M.A.Topçubaçov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Ürək Cərrahiyə mərkəzində yerli mütəxəssislər tərəfindən anadangəlmə ürək qüsurunun invaziv yolla müalicəsi həyata keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Elmi Cərrahiyyə Mərkəzinin Uşaq Ürək Cərrahiyyə şöbəsinin invaziv kardiologiya üzrə mütəxəssisi E.İmanov anadangəlmə ürək qüsurlu 5 yaşlı xəstəni anjioqrafiya laboratoriyasında əməliyyata götürüb. 1 saat davam edən əməliyyatda mütəxəssislər qulaqcıqlararası çəpər qüsurunu invaziv yolla aradan qaldırıblar. Əməliyyatdan sonra şöbəyə köçürülən xəstə bir gün sonra evə yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR