İsrail hərbçiləri pilotsuz təyyarə vurub

İsrail hərbçiləri pilotsuz təyyarə vurub
# 25 aprel 2013 18:25 (UTC +04:00)

Bakı-APA. İsrail hərbçiləri ölkənin şimalındakı Hayfa şəhərinin yaxınlığında Livan tərəfdən uçan pilotsuz təyyarənin vurulduğunu bəyan edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, pilotsuz təyyarə hələ Livanın ərazisində olarkən aşkar edilib və sərhədi keçən kimi dəniz üzərində vurulub.

İsrail hərbçiləri pilotsuz təyyarənin Livanın “Hizbullah” qruplaşmasına mənsub olduğunu ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR