ASAN Xidmətinin Sumqayıt Mərkəzi mayın 15-dən fəaliyyətə başlayacaq

ASAN Xidmətinin Sumqayıt Mərkəzi mayın 15-dən fəaliyyətə başlayacaq
# 04 may 2013 10:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri İnam Kərimov ASAN xidmətinin Sumqayıtda yeni açılan mərkəzində mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İ.Kərimov bildirib ki, Sumqayıtdakı mərkəz mayın 15-dən fəaliyyətə başlayacaq.

Onun sözlərinə görə, mərkəz Sumqayıt sakinləri ilə yanaşı Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə də xidmət göstərəcək: «Burada fərqli olaraq mərkəzləşdirilmiş növbə sistemi təkmilləşdirilib. Əlil vətəndaşlar üçün ilk dəfə analoqu olmayan liftlər quraşdırIlıb. Digər yenilik isə ondan ibarətdir ki, burada vətəndaşlar ərizələri əllə kağız üzərində deyil, elektron formada doldura biləcəklər».

O həmçinin qeyd edib ki, Bakıda pilot layihə çərçivəsində açılmış 1 saylı ASAN Mərkəzində artıq 70 mindən artıq vətəndaşa xidmət göstərilib. Vətəndaşlar ASAN Xidmət mərkəzlərində 9 dövlət qurumunun 25 növ xidmətindən, həmçinin 22 növ funksional xidmətdən istifadə edə bilirlər. İ.Kərimov həmçinin bildirib ki, ASAN Xidmət mərkəzlərində çalışan əməkdaşlar üçün xüsusi xidmət treninqləri, o cümlədən «Etik davranış» və «Stressin idarə edilməsi» üzrə kurslar təşkil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR