Azərbaycandakı tikinti müəssisələri inşaat işlərini 29% artırıb

Azərbaycandakı tikinti müəssisələri inşaat işlərini 29% artırıb
# 22 dekabr 2012 13:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% üstələyərək 6 557,3 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ondan 73%-i yeni tikinti, yenidənqurma və genişləndirmə, 13,8%-i əsaslı təmir, 2,3%-i cari təmir, 10,9%-i isə sair tikinti işlərinə sərf edilib. Dövlət mülkiyyətli tikinti müəssisələri ümumi inşaat işlərinin 24,8%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 75,2%-ni yerinə yetirib.


Qeyd edək ki, 2012-ci ilin yanvar-oktyabr aylarında inşaat bölməsində çalışmış 92,4 min nəfərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,5% artaraq 569,5 manat təşkil edib. Mülki təyinatlı inşaat işlərində işləyən işçilərdə əmək haqqı 33,9%, ixtisaslaşdırılmış tikinti işlərində 12,4%, binaların tikintisində isə 3,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR