Azərbaycanda qəzaya uğrayan ambulans helikopteri olub

Azərbaycanda qəzaya uğrayan ambulans helikopteri olub
# 11 fevral 2013 09:42 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, helikopter Bakıdan Kürdəmirə xəstə əsgərləri gətirmək üçün uçurmuş.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Hazırda xilasetmə tədbirləri həyata keçirilir.

Vertolyotda 3 nəfər olub. Onların üçünün də öldüyü ehtimal olunur. APA-nın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, axtarışlar davam edir, axtarış işlərinə Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyinin gəmi və katerləri, habelə helikopterlər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR