Bakıda fərdi ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda fərdi ev yanıb, 1 nəfər tüstüdən zəhərlənib
# 12 iyun 2016 18:54 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 10 kv.m sahədə yanıb.


Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR