Qəbələdə əmək yarmarkasında 99 nəfər işlə təmin olunub - FOTOSESSİYA

Qəbələdə əmək yarmarkasında 99 nəfər işlə təmin olunub - <span style="color: red;">FOTOSESSİYA
# 22 oktyabr 2014 10:21 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, əmək yarmarkasında iştirak edən vətəndaşlara 36-sı dövlət, 9-u özəl olmaqla 45 idarə, müəssisə və təşkilat tərəfindən 334 boş iş yeri təqdim olunub.

Boş iş yerlərinin 218-i qulluqçu, 116-sı fəhləliklə bağlı olub. Boş iş yerlərinə görə, vətəndaşlara 109-820 manat məbləğində əmək haqqı təklif olunub.

Yarmarkada iştirak edən 481 nəfər iş axtaran və işsiz vətəndaşdan 99-u öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb, bir nəfər kvota yerinə işə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR