Azərbaycanda gələn ilin dövlət büdcəsindən sosial ipotekaya 50 mln. manat ayrılıb

Azərbaycanda gələn ilin dövlət büdcəsindən sosial ipotekaya 50 mln. manat ayrılıb
# 15 oktyabr 2014 08:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda dövlət büdcəsindən sosial ipotekaya ayrılan məbləğin həcmi artırılıb. 2015-ci ilin dövlət büdcəsində güzəştli ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50,0 mln. manat vəsait ayrılıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2015-ci ilin dövlət və icmal büdcələrinin təqdimatında bildirilir.

Bu il sosial ipoteka üçün ayrılan vəsait 2014-cü illə müqayisədə 10,0 mln. manat və yaxud 25% çoxdur.

Layihədə o da bildirilir ki, əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alınma qabiliyyətinin real tələbə uyğunlaşdırılmasını təmin etmək üçün ipoteka kreditləşməsi 2015-ci ildə də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR