Kaladze: "Gürcüstanla Azərbaycan arasındakı münasibətlər ildən-ilə möhkəmlənir"

Kaladze: "Gürcüstanla Azərbaycan arasındakı münasibətlər ildən-ilə möhkəmlənir"
# 09 iyun 2016 11:32 (UTC +04:00)

Tbilisi. Nizami Məmmədzadə - APA. Gürcüstan üçün böyük əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu çox böyükdür.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.

K. Kaladze deyib ki, Azərbaycanın neft-qaz məhsulları nəinki region üçün, eləcə də Avropa üçün olduqca vacibdir: "Gürcüstan və Azərbaycan arasında mövcud olan dostluq münasibətləri ildən-ilə möhkəmlənir. Azərbaycan bizim strateji tərəfdaşımızdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR