Jurnalist Xədicə İsmayılova amnistiyaya düşüb.

Jurnalist Xədicə İsmayılova amnistiyaya düşüb.
# 22 iyun 2016 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Jurnalist Xədicə İsmayılova amnistiyaya düşüb.

Bu barədə APA-ya məlumat verən vəkil Yalçın İmanov bildirib ki, X. İsmayılova Elman Türkoğlunun iddiası üzrə 2500 manat cərimə edilib. X. İsmayılova həmin cəriməni ödəməkdən azad edilib.

Xatırladaq ki, E.Türkoğlu X.İsmayılı onun şərəf və ləyaqətini təhqir edib böhtan atdığı iddiası ilə məhkəməyə müraciət etmişdi. Binəqədi məhkəməsində X. İsmayılovanın həmin iş üzrə 2500 manat cərimələnməsi barədə qərar qəbul edilmişdi.

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Ali Məhkəmə onun cəzasını şərti cəza ilə əvəz edib və o, azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR