Türkiyənin Parisdəki keçmiş səfiri: "Fransanın o qanunları qəbul etməsi ermənilərə sevgisindən irəli gəlmir” - MÜSAHİBƏ

Türkiyənin Parisdəki keçmiş səfiri: "Fransanın o qanunları qəbul etməsi ermənilərə sevgisindən irəli gəlmir” - <span style="color: red;">MÜSAHİBƏ
# 06 iyul 2016 08:26 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin Parisdəki keçmiş səfiri, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş İstanbul millət vəkili Osman Korutürkün APA-ya müsahibəsi

- 3 il yarımdan sonra Fransa parlamenti yenidən “soyqırım olmamışdır” deyənlərə cəza verəcək qanunu təsdiqlədi. Bu qədər təkidin məqsədi nədir?

- Bu, tamamilə fransız siyasətçilərinin şəxsi mənafeyi ilə bağlı olan məsələdir, onların erməniləri çox sevmələrinə görə deyil. Fransanın müxtəlif bölgələrində çox böyük sərvət sahibi olan ermənilər var, onlar siyasətdə ciddi təsir gücünə malikdirlər. Hollandın seçkidəki baş müşavirlərindən biri erməni idi, seçki kampaniyasında Holland ermənilərə bu qanunun qəbul ediləcəyinə dair söz vermişdi.

Bu dəfə Fransa Konstitusiya Şurasının qanunu ləğv etməmə ehtimalı var.

Sarkozi kimi hüquq qaydalarına çox da riayət etməyən siyasətçi ermənilərdən dəstək almaq məqsədilə bu qanunu məclisdən keçirəndən sonra Fransa Konstitusiya Şurası “insan haqlarına, söz və ifadə azadlığına zidd olduğuna” görə qanunu ləğv etmişdi. O vaxt sevinmişdik ki, Fransa Konstitusiya Şurası insan haqlarını ön plana çıxardı, Fransa azadlıqların beşiyidir. İndi isə Holland eyni məzmunlu qanunu məclisdən keçirdi. Keçən dəfəki qanunla müqayisədə indi kiçik əlavə ediblər: budəfəki qanunda “soyqırım olmamışdır” deyənlərin cəzalandırılması üçün “soyqırım”ın hər hansı müstəqil məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmayıb. Ona görə də 1915-ci il hadisələri barədə heç bir müstəqil məhkəmə “soyqırım” qərarı qəbul etməsə də, onu da digər rəsmi soyqırımlarla eyni çərçivəyə daxil etməyi düşünüblər. Bu dəfə Fransa Konstitusiya Şurasının qanunu ləğv etməmə ehtimalı var. İndiyə qədər Türkiyə hökuməti bu cür məsələlər ortaya çıxmazdan əvvəl Məclisdəki digər 3 partiyanın bu işləri bilən nümayəndələrini səfərbər edib siyasi-diplomatik-hüquqi yollardan mübarizə aparmaq üçün müvafiq ölkələrə göndərirdi.

- Onu soruşacaqdım. Sizcə, indi hökumət bu məsələyə az diqqət yetirirmi?

- Keçən dönəm AKP, CHP və MHP-dən olan millət vəkilləri “erməni soyqırımı” mövzusunda Türkiyənin haqlı mövqeyini izah etmək üçün Qərb ölkələrinə gedirdik. O işlərimizin çox faydası olurdu.

Türkiyənin əlində Avropa İnsan Haqları Məhkəməsinin Doğu Perinçəkin şikayətiylə bağlı obyektiv və Türkiyə son dərəcə əhəmiyyətli qərarı var.

Axırıncı dəfə 2015-ci ildə İtaliyaya gedib parlamentdə və senatda çox səmərəli görüşlər keçirmişdik. İndi isə hökumət bu işlərə diqqət yetirmir, ona görə Məclisdəki partiyaların bu məsələ ilə bağlı xaricə səfərləri təşkil edilmir. Halbuki indi Türkiyənin əlində Avropa İnsan Haqları Məhkəməsinin Doğu Perinçəkin şikayətiylə bağlı obyektiv və Türkiyə son dərəcə əhəmiyyətli qərarı var. Hökumətin və Türkiyə Böyük Millət Məclisinin bu işlərə diqqəti artırması lazımdır. İyunun əvvəlində Almaniya Bundestaqının qəbul etdiyi qərar ərəfəsində də hökumətin və TBMM-nin fəallığını görmədik. Bu sözlərim eyni zamanda, Məclisdəki müxalifət partiyalarına da aiddir. Bizim vaxtımızda CHP bu işləri ardıcıl və sistemli şəkildə təqib edirdi.

- Sizcə, "erməni soyqırımı” böhtanları keçən il lazımi effekti yarada bilməyəndən sonra Türkiyə hökuməti arxayınlıq hissinə qapıldımı? Çünki Almaniya Bundestaqının qərarı ərəfəsində yenə Perinçəkin başqanlığındakı Tələt Paşa komitəsi heyətini etiraz üçün Berlində gördük...

- Türk mənşəli Fransa, Almaniya vətəndaşlarını çox geniş şəkildə məlumatlandırmağımız lazımdır. Bu məqsədlə təkcə diplomatik missiyalarımız yox, QHT-lərimiz də o ölkələrdəki türk mənşəli vətəndaşlarla yaxın əlaqə qurmalıdırlar.

Türk mənşəli Fransa, Almaniya vətəndaşlarını çox geniş şəkildə məlumatlandırmağımız lazımdır.

Türk mənşəli Fransa vətəndaşları parlamentarlar və senatorlarla birbaşa əlaqə yarada bilməli, seçki kampaniyasında onlara öz şərtlərini qəbul etdirəndən sonra səs verməlidirlər. Vətəndaşı olduqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edərək qanunvericilik və icra orqanları üzərində təsir gücü qazana bilmələri üçün türk mənşəli Avropa ölkələri vətəndaşlarına hər cür dəstək verilməlidir.

- “Soyqırım” məsələsində TBMM-dəki partiyaların ortaq mövqeyindən danışarkən HDP-nin adını çəkmədiniz. Türkiyə bu haqsızlıqlara qarşı mübarizə apararkən HDP-nin bəzi lideriləri ABŞ-da daşnak təşkilatlarıyla görüşərək “Türkiyənin gələcəyinin müəyyənləşdirilməsində onlarla əməkdaşlıqdan” dəm vururlar. Hətta TBMM-nin içində bununla bağlı aksiyalar keçirən HDP millət vəkilləri var. Məclis rəhbərliyi niyə lazımi reaksiyanı göstərmir?

- Türkiyə siyasət yoluyla bir çox məsələnin müzakirə edilə bildiyi bir ölkədir. Belə olduğu halda partiyasından asılı olmayaraq, millət vəkillərinin xaricdə müzakirələr aparması xoşa gələn hal deyil. Kimin nə sözü varsa, məclisdə müzakirəyə çıxarsın, müzakirə prosesində lazımi cavabları da alsın. Xarici ölkələrdə Türkiyə ilə bağlı müzakirələr aparmaq lazımsız işdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR