Azərbaycan Beynəlxalq Universitetinin sabiq dekanının məhkəməsi başlayıb

Azərbaycan Beynəlxalq Universitetinin sabiq dekanının məhkəməsi başlayıb
# 16 dekabr 2014 12:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin dekanı olmuş Xudayar Həsənovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Prosesin məhkəmə baxışı dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, X.Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2 və 311.3.3 (rüşvət alma) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xudayar Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR