Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 03 oktyabr 2014 10:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin sentyabrın 1-nə 21 306,4 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 864,1 mln. manat və ya 22,15% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bu ilin avqustunda geniş mənada pul kütləsi 81 mln. manat və ya 0,4% artıb. Yanvar-avqust aylarında isə geniş mənada pul kütləsi 10,5%-lik artım qeydə alınıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 721,2 mln. manat və ya 18,5% artaraq sentyabrın 1-nə 17 452,4 mln. manata çatıb, avqust ayında isə 17,3 mln. manat və ya 0,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR