Türkiyədən İrana qızıl ixracı üç dəfə artıb

Türkiyədən İrana qızıl ixracı üç dəfə artıb
# 02 may 2013 08:28 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyədən İrana qızıl ixracı üç dəfə artıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, Türkiyə Statistika İdarəsinin idxal-ixrac əməliyyatları ilə bağlı yaydığı hesabatda rəsmi Ankaranın bu ilin fevral ayında İrana 120 mln. dollar, mart ayında isə 381 mln. dollar dəyərində qızıl ixrac etdiyi qeyd olunub.

Qeyd edək ki, Türkiyənin İrana ümumi qızıl ixracının həcmi bu ilin fevralında yanvar ayına nisbətən 18% artaraq 551,6 mln. dollara yüksəlib. Yanvar ayında isə bu rəqəm 466 mln. dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR